Instagram Mesajlarını eyni anda silmək


Sosial şəbəkələrdə tez-tez eyni mənzərə ilə qarşılaşırıq: kimsə Instagram-da illərlə yığılıb qalan mesajları bir toxunuşla necə siləcəyini axtarır. 

Bəzən internetdə axtarış edib düzgün cavab tapa bilmirik, bəzən də qarşımıza çıxan "həll yolları" bizi böyük bir təhlükənin içinə atır.

Xüsusilə də ən böyük yalan budur: "Filan proqramı yüklə, bütün mesajlarını sənin yerinə bir saniyəyə silim."

Texnologiyadan bir az uzaq olan insanlar bu cür rahat görünən tələlərə tez düşürlər. 
Nəticə? Şifrəniz oğurlanır, şəxsi məlumatlarınız ələ keçirilir və illərlə istifadə etdiyiniz hesabınız bir anda yox olur. 

Gəlin dərindən nəfəs alaq və ən vacib həqiqətlə üzləşək: Instagram-ın özündə bütün mesajları bir düymə ilə təmizləyən sehrli bir funksiya yoxdur. Tarixlər hal hazırda 19 iyun 2026-cı ili göstərdiyindən bunu tam əminliklə deyə bilərik ki bəli yoxdur. Amma gələcək güncəlləmələrdə bu olacaqmı və ya meta niyə belə bir qərar verib bu ayrı bir mövzudur.

Bəs bu işi kənar və təhlükəli proqramlarla deyil, rəsmi və təhlükəsiz yolla necə edə bilərik? 
Gəlin mərhələ-mərhələ izah edim.

"Meta" Nədir? 

Əvvəlcə bunu bilməyimiz çox vacibdir: Facebook, Instagram, WhatsApp, Messenger və Threads ayrı-ayrı şirkətlər deyil. Onların hamısı Meta adlı böyük bir şirkətə məxsusdur. Çox sadə dildə desək, bu proqramların hamısı "bir evin uşaqlarıdır".

Biz mesajlarımızı idarə etmək üçün business.facebook.com ünvanından istifadə edəcəyik. 
Linkdə "facebook" sözünü görüb tərəddüd etməyin; bu, Meta şirkətinin rəsmi idarəetmə panelidir.
(Meta Business Suite). Yəni biz naməlum və şübhəli bir sayta deyil, birbaşa "evin özünə" daxil oluruq.

Addım-addım proses:

1. Rəsmi ünvana daxil olun: Brauzerinizdə business.facebook.com yazaraq səhifəni açın. 

2. Instagram ilə daxil olun: Ekranda çıxan seçimlərdən "Instagram ilə giriş"i seçin. 

3. İcazələri təsdiqləyin: Sistem mesajlarınızı idarə etmək üçün sizdən icazə istəyəcək. 
Məlumatları oxuyub təsdiqləyin. 

4. "Inbox" (Gələnlər qutusu) tapın: Sol tərəfdəki menyudan "Inbox" bölməsinə daxil olun. 
Bu bölmə mesajları bir yerdən görmək üçündür. 

5. Mesajları silin: Yuxarı hissədən "Instagram"ı seçin. Artıq mesajlarınız qarşınızdadır. 
İstədiyiniz söhbəti açıb, sağ üstdəki üç nöqtəyə (və ya İdarə et/Delete) klikləyərək silə bilərsiniz.


Unutmamanız gereken 4 Qızıl Qayda:

Şifrənizi heç kimə verməyin.
Telefonunuza gələn SMS təsdiq kodunu heç kimlə paylaşmayın.
"Toplu mesaj silən proqram" adı ilə göndərilən heç bir faylı yükləməyin.
Şübhəli və naməlum linklərə əsla daxil olmayın.

İnternetdə qarşınıza çıxan hər "rahat" vədə kor-koranə inanmayın; hər zaman rəsmi mənbələrdən və ya süni zəka köməkçilərindən istifadə edərək məlumatın doğruluğunu yoxlayın. 

Əgər addımları tətbiq edərkən hər hansı bir çətinliyiniz olarsa, şərh bölməsində suallarınızı yazmaqdan əsla çəkinməyin. 

Unutmayın ki, bu bloq sadəcə baxış sayısı və ya "şou" xatirinə fəaliyyət göstərmir. 
Bura sizin rəqəmsal laboratoriyanızdır və bizim tək məqsədimiz bu platformanı sizin üçün gerçəkdən işə yarayan, hər probleminizə real həll tapan faydalı bir portala çevirməkdir. 

Fikirləriniz mənim üçün önəmlidir

Rəylərinizdə etik qaydalara və qarşılıqlı hörmətə diqqət yetirməyiniz xahiş olunur.

Daha yeni Daha eski
Oxu Atmosferi Fon, musiqi və podcast bölmələri
Dəniz sahili Dəniz fonu və sahil atmosferi
Brauzer icazə verməsə, səsi davam etdirmək üçün play düyməsinə toxunun.
Fon səsləri
Əgər səslər başlamasa, səhifəni yeniləməyiniz xahiş olunur. İlk yükləmədən sonra səslər daha rahat və gecikməsiz şəkildə işləyəcək. Anlayışınız üçün təşəkkür edirəm.