Mnemonika nədir?


Gəlin bu məqaləyə dürüst bir etirafla başlayaq: Sabah marketdən alacaqlarınızın 5 maddəlik siyahısını evdə unudursunuz, amma 10 il əvvəl baxdığınız o filmin ən həyəcanlı səhnəsi, yaxud uşaqlıqda eşitdiyiniz o gülməli əhvalat bu gün də nöqtəsinə qədər yadınızdadır. Elə deyilmi?

Yaxud imtahana hazırlaşırsınız, saatlarla quru mətnləri, tarixləri, düsturları əzbərləməyə çalışırsınız, amma beyniniz sanki sizə inad edib o məlumatları içəri buraxmaq istəmir.

Bəs niyə beynimiz rəqəmləri, quru terminləri dərhal silib atır, amma hekayələri, vizual görüntüləri illərlə qoruyub saxlayır?

Bu gün insan beyninin ən böyük sirrindən  məlumatları yaddaşımıza daş kimi həkk etməyin elmi olan Mnemonikadan (Yaddaş texnikalarından) danışacağıq.

Mnemonika Nədir?

Sözün kökü qədim yunan mifologiyasında yaddaş ilahəsi olan Mnemosine-nin adından gəlir. Loru dildə desək, Mnemonika  beynimizin başa düşdüyü dildə danışmaq sənətidir.

Bizim beynimiz quru rəqəmləri, düsturları və hərfləri sevmir. Onları darıxdırıcı tapır. Beynin ən çox sevdiyi şeylər: Şəkillər, Rənglər, Hekayələr və Məkanlardır.

Mnemonika bizə darıxdırıcı və çətin bir məlumatı götürüb, beynin sevdiyi o rəngli və maraqlı formaya salmağı öyrədir. Bir növ rəqəmsal faylı sıxışdırıb formatını dəyişmək kimi.

Mnemonika Necə İşləyir?

Gəlin həyatımızdan hamıya tanış olan bir neçə canlı nümunəyə baxaq. 

"Loci" metodu və ya Yaddaş Sarayı: 

Məsələn: İngilis dilində yeni sözlər öyrənirsiniz. "Apple" (Alma) sözünü xəyalən gətirib soyuducunuza yerləşdirirsiniz. İmtahanda o sözü xatırlamaq istəyəndə beyninizdə soyuducunun qapısını açırsınız, dəhlizə baxırsınız və o almanı orada görürsünüz. Məkan yaddaşı işə düşdüyü üçün məlumat dərhal tapılır.

Niyə Bu Bizə Lazımdır?

Çünki müasir dünyada hər gün üzərimizə nəhəng bir məlumat seli gəlir. Parollar, telefon nömrələri, imtahan mövzuları, iş layihələri... Əgər beynimizi quru əzbərçiliyə məcbur etsək, o dərhal "aşırı qızma" (overheat) verəcək və məlumatları siləcək.

Amma Mnemonika sayəsində biz yaddaşımızı darıxdırıcı bir arxivdən, rəngarəng və əyləncəli bir sərgi salonuna çevirə bilərik.

Fikirləriniz mənim üçün önəmlidir

Rəylərinizdə etik qaydalara və qarşılıqlı hörmətə diqqət yetirməyiniz xahiş olunur.

Daha yeni Daha eski