Hosting nədir?



Ötən məqalədə domenin internetdə veb-saytın adı olduğunu öyrəndik. Lakin bir veb-sayt yaratmaq üçün təkcə domen adına sahib olmaq kifayət etmir.

Bunu daha sadə anlamaq üçün belə təsəvvür edin: Əgər domen mağazanın adıdırsa, hosting həmin mağazanın anbarı kimidir. Bəli, tam olaraq anbarı.
Biz saytımızı yaratdıq, domen adını seçdik. Bəs saytdakı şəkilləri, videoları, məqalələri və digər məlumatları harada saxlayacağıq? Əlbəttə ki, bunun üçün xüsusi bir yerə ehtiyacımız olaráq.

Məhz həmin yer hosting adlanır.

Gəlin baxaq, bəs bizim bu "anbarda" nələr saxlanılır? Saytımıza daxil olan hər bir detal əslində hostingin içində yerləşir:

Mətnlər və Məqalələr: Hazırda oxuduğunuz bu cümlələr, sənədlər,

Media fayılları: Şəkillər, videolar, loqolar və qrafiklər, videolar,

Daxili kodlar: Saytın dizaynını və funksiyalarını idarə edən bütün o görünməz kod strukturları.

Bu gün bir çox platformalar hazır hosting xidmətləri təqdim edir. Hətta bəzi xidmətlər domen və hosting imkanlarını birlikdə təklif edirlər. Lakin sayt böyüdükcə və məlumatların sayı artdıqca daha geniş resurslara ehtiyac yaranır.

Məsələn, YouTube kimi böyük bir video platforması yaratmaq istəsəydik, artıq daha güclü hosting xidmətlərinə ehtiyacımız olardı. Çünki milyonlarla video, şəkil və istifadəçi məlumatı xüsusi serverlərdə saxlanılmalıdır. Burada vacib məqamlardan biri də budur ki, insanlar çox vaxt “öz hostingim” dedikdə fiziki olaraq ayrıca server almağı düşünürlər. Halbuki əksər hallarda biz hosting şirkətlərindən müəyyən bir sahəni və ya resursu icarəyə götürürük.

Daha sadə desək, hosting şirkəti bizə internetdə saytımızı yerləşdirmək üçün yer təqdim edir və biz də saytımıza aid bütün məlumatları həmin məkanda saxlayırıq.

Bunu yenə mağaza nümunəsi ilə izah edə bilərik.

Təsəvvür edin ki, böyük bir elektronika mağazası var. Müştəri mağazaya daxil olur və müəyyən məhsulun fərqli rəngini istəyir. Satıcı əvvəlcə mağazadakı ehtiyata baxır. Əgər məhsul orada yoxdursa, əsas anbardan gətirilir.
Saytlar da buna bənzər şəkildə işləyir. Biz sayta daxil olduqda məqalə oxuyur, şəkillərə baxır və ya video izləyirik. Bütün bu məlumatlar hostingdə saxlanılır və sayt həmin məlumatları bizə çox sürətli şəkildə təqdim edir. 
Bütün proses saniyənin kiçik bir hissəsində baş verdiyi üçün biz bunu hiss etmirik. Sadəcə linkə klik edirik və məlumat qarşımıza çıxır.

Beləliklə, hosting internetdə veb-saytın bütün məlumatlarının saxlanıldığı xidmət hesab olunur. 
Domen insanların saytı tapmasına kömək edirsə, hosting həmin saytın bütün məlumatlarını internetdə əlçatan vəziyyətdə saxlayır. Bu səbəbdən domen və hosting birlikdə bir veb-saytın əsas təməlini təşkil edir.


Bəs yaxşı, bizim bu məlumatları saxladığımız qlobal və nəhəng "anbarlar", yəni o rəqəmsal maşınlar haradadır?

Gəlin növbəti məqaləmizdə internet dünyasının ən böyük güclərindən biri olan, heç vaxt yatmayan o xüsusi sistemlərin Serverlərin sirrinə baş vuraq!


Növbəti məqalələrdə görüşənədək!


Fikirləriniz mənim üçün önəmlidir

Rəylərinizdə etik qaydalara və qarşılıqlı hörmətə diqqət yetirməyiniz xahiş olunur.

Daha yeni Daha eski