Pomidor Avropaya 16-cı əsrdə ispan konkistadorları tərəfindən Mərkəzi Amerikadan gətirilmişdi. Avropalılar ilk vaxtlar bu bitkiyə çox şübhə ilə yanaşırdılar, çünki bioloji baxımdan pomidor itüzümü fəsiləsinə (Solanaceae) aiddir.
Bu fəsiləyə eyni zamanda xeyli zəhərli bitkilər, məsələn, "belladonna" (canavar giləmeyvəsi) da daxil idi. Buna görə də ilk iki əsr ərzində pomidor yalnız dekorativ məqsədlərlə bağlarda əkilir, yeyilmirdi.
Lakin 1700-cü illərdə bəzi cəsur aristokratlar onu süfrəyə gətirməyə qərar verdilər və bu, fəlakətlə nəticələndi. Yüksək təbəqənin nümayəndələri qəribə xəstəliklərə tutulur və ölürdülər. Cəmiyyət isə səbəbkar kimi birbaşa pomidoru günahlandırırdı.
Paradoks ondan ibarət idi ki, eyni pomidoru yeyən kəndlilərə heç nə olmurdu. Sirr həqiqətən də pomidorda yox, süfrə mədəniyyətində və qabların materialında idi.
18-ci əsrdə Avropa zadəganları pewter (qalay və qurğuşun xəlitəsi) adlanan bahalı və parıltılı metal boşqablardan istifadə edirdilər. Bu ərintinin tərkibində yüksək miqdarda qurğuşun (Pb - Plumbum) var idi. Kasıblar isə metala pul çatdıra bilmədikləri üçün yeməklərini adi yonulmuş taxta qablarda yeyirdilər.
Pomidorun tərkibində bol miqdarda təbii üzvi turşular – xüsusən də limon (citric acid) və alma (malic acid) turşuları var.
Pomidorun pH səviyyəsi təxminən 4.3 ilə 4.9 arasındadır, yəni o, kifayət qədər asidik (turş) mühitə malikdir.
Pomidor qurğuşunlu qalay boşqaba qoyulduqda, onun tərkibindəki turşular metalla birbaşa kimyəvi reaksiyaya girir.
Aristokratlar bu "zənginləşdirilmiş" pomidoru yedikdə, həll olunmuş qurğuşun birbaşa onların həzm sisteminə daxil olurdu. Ağır metal olan qurğuşun bədəndən asanlıqla xaric olmur və qanda yığılmağa başlayır. Tibbdə plumbizm adlanan qurğuşun zəhərlənməsi sinir sistemini məhv edir, daxili orqanların (xüsusən böyrəklər və qara ciyər) sıradan çıxmasına, kəskin qarın ağrılarına, komaya və nəhayət ölümə səbəb olurdu.
Taxta qablarda yeyən kasıblarda isə heç bir kimyəvi reaksiya getmirdi. Taxta inert (reaksiyaya girməyən) material olduğu üçün pomidorun turşusu onu həll edə bilmir və pomidor tamamilə təbii, sağlam və zərərsiz qalırdı.
Bu elmi reallıq uzun illər gizli qaldı. İnsanlar zəhərlənmənin əsl səbəbinin kimya və ağır metallar olduğunu bilmədikləri üçün pomidor təxminən 19-cu əsrin sonlarına qədər Avropada (xüsusən Şimali Avropa və İngiltərədə) qorxulu qida hesab edildi.
