Federico Fellini kimdir?

MƏQALƏ BİR NEÇƏ GÜNƏ HAZIRLANACAQ








Luci del varietà - Estrada işıqları (1950) 


Əslində, Federiko Fellininin ilk izlədiyim filmi bu deyil. Pazolininin filmoqrafiyasını araşdırarkən təsadüfən etdiyim yanlış bir keçid məni Fellininin 1957-ci ildə lentə aldığı "Le notti di Cabiria" (Kabiriyanın gecələri) filminə gətirib çıxarmışdı. Sən demə, Pazolini bu filmin rejissoru deyilmiş, sadəcə Fellininin ssenarisinə öz qeydlərini və əlavələrini edibmiş. O film mənə o qədər dərin təsir etdi ki, Fellinini dərhal sevimli rejissorlarımın siyahısına əlavə etdim və filmlərini xronoloji ardıcıllıqla izləməyə qərar verdim.

Onun ilk filmini açarkən və ümumiyyətlə, Fellini kinosuna bələd olduqca gördüm ki, o, tamaşaçıya "kinonun içində kino", "tamaşanın içində teatr" ruhunu ustalıqla hiss etdirir. 
Fellini filmlərini elə çəkirdi ki, sanki kinonun içində oturub canlı bir tamaşaya baxırsan. 
O, qəfil dönüş nöqtələrini hər zaman elə dəqiqliklə yerinə salırdı ki, tamaşaçı düz "növbəti səhnəni artıq təxmin etdim" dediyi anda, bütün ehtimalları alt-üst edirdi.

Bax, "Luci del varietà" (Varyete İşıqları) da Fellininin məhz bu ani dönüşlərindən biridir. 
Burada biz rejissoru ilk öncə hər kəs kimi adi və sıradan biri kimi görürük. 
O bizə öz xülyalarını reallaşdırmaq üçün gözəl qadınlara cəlbedici təkliflər edən şöhrətpərəst bir adam kimi görünür. 

Lakin irəliləyən dəqiqələrdə Fellini, tamaşaçının əslində nə görmək istədiyini gözəl bilən o ustalıqla işlənmiş səhnələri vasitəsilə bizə tamaşanın pərdəarxasını nümayiş etdirir. 
Yəni o, təkcə pərdələrin açıq qaldığı bəzəkli anları yox, elə pərdə bağlandıqda səhnənin arxasında baş verən əsl həyatı da – reallıqları da bizə göstərir. Bu baxımdan, "Varyete İşıqları" Federikonun bizə sənətin arxa planını bütün çılpaqlığı ilə göstərdiyi və gələcək şedevrlərinin xəbərçisi olan ən yaxşı nümunələrdən biridir.

Filmin qısa anonsunu aşağıdaki linkdən izləyə bilərsiniz:







Lo sceicco bianco - Ağ şeyx (1952)


Həqiqətən də, "Ağ Şeyx" filmini başqa heç bir rejissor bu dərəcədə ustalıqla ərsəyə gətirə bilməzdi. 
Bu, Federiko Fellininin təkbaşına rejissorluq kürsüsünə əyləşərək kinematoqrafiya tarixinə bəxş etdiyi həqiqi bir şedevrdir. 

İlk baxışdan hekayə çox sadə və komik görünə bilər: Roma şəhərinə bal ayına gələn əyalətli gənc cütlük və onların başlarına gələn gözlənilməz hadisələr. 
Lakin Fellini bu sadə süjetin arxasında dərin bir insan psixologiyasını insanın uydurduğu illüziyalarla acı reallığın toqquşmasını inanılmaz bir ustalıqla gizlədir.

Filmin baş qəhrəmanı Vanda jurnallardakı xəyali "Ağ Şeyx"ə aşiqdir, lakin ideallaşdırdığı bu qəhrəmanla qarşılaşdıqda onun əslində ağacdan yellənən, qorxaq, sadəlövh və çox adi bir adam olduğunu görür. 
Digər tərəfdən, kişi qəhrəman İvan bütün günü Romanın ortasında qohumlarına "mükəmməl ailə" imici göstərməyə çalışır və Fellini burjuaziya cəmiyyətinin bu saxta formallığını çox incə bir ironiya ilə ifşa edir. 
Üstəlik, bu film kino tarixi üçün böyük bir dönüm nöqtəsidir, çünki Fellini kinosuna o sehrli ab-havanı verən dahi bəstəkar Nino Rota ilə rejissorun ilk əməkdaşlığı məhz bu işdə başlayır. 

Hətta Fellininin ilham pərisi və həyat yoldaşı Cülyetta Mazina da burada kiçik bir epizodda görünür və 5 il sonra şedevrə çevriləcək Kabiriya obrazının ilk rüşeymlərini bizə elə bu filmdə hiss etdirir. Fellini bir daha sübut edir ki, həyat xəyallarla reallıq arasında sıxışan, pərdəarxası xaosla dolu böyük bir tamaşadır.

Filmin qısa anonsunu aşağıdaki linkdən izləyə bilərsiniz:





Fikirləriniz mənim üçün önəmlidir

Rəylərinizdə etik qaydalara və qarşılıqlı hörmətə diqqət yetirməyiniz xahiş olunur.

Daha yeni Daha eski
Oxu Atmosferi Fon, musiqi və podcast bölmələri
Dəniz sahili Dəniz fonu və sahil atmosferi
Brauzer icazə verməsə, səsi davam etdirmək üçün play düyməsinə toxunun.
Fon səsləri
Əgər səslər başlamasa, səhifəni yeniləməyiniz xahiş olunur. İlk yükləmədən sonra səslər daha rahat və gecikməsiz şəkildə işləyəcək. Anlayışınız üçün təşəkkür edirəm.