2xx-ilə başlayan HTTPS kodlar

 

1. 200 OK (Hər şey qaydasındadır)

Nə deməkdir? Ən çox rast gəlinən (amma heç vaxt görünməyən) koddur. Server deyir: "İstədiyin səhifəni tapdım və sənə göndərirəm."

Misal: Mağazaya girib "Çörək var?" soruşursunuz, satıcı da heç nə demədən çörəyi sizə uzadır.

Harada istifadə olunur? Hər gün daxil olduğunuz bütün işlək saytlarda.

2. 201 Created (Yaradıldı)

Nə deməkdir? Bu kod adətən bir şeyi qeydiyyatdan keçirəndə və ya yeni nəsə yaradanda gəlir.

Misal: Restoranda aşpaza sifariş verirsiniz, bir azdan ofisiant gəlib deyir: "Sizin üçün xüsusi tort artıq hazırlandı!"

Harada istifadə olunur? Saytda yeni profil açanda, yeni bir bloq yazısı paylaşanda və ya "Göndər" düyməsini sıxanda.

3. 202 Accepted (Qəbul edildi)

Nə deməkdir? Server deyir: "İstəyini aldım, növbəyə qoydum. Amma iş hələ bitməyib, sadəcə qəbul etdiyimi təsdiqləyirəm."

Misal: Sənədlərinizi asan xidmətə verirsiniz. Onlar sənədi götürürlər və deyirlər: "Sifarişinizi qəbul etdik, gedin, hazır olanda sizə xəbər verəcəyik.

Harada istifadə olunur? Arxa planda uzun çəkən proseslərdə (məsələn, videonun formatını dəyişəndə).

4. 204 No Content (Məzmun yoxdur)

Nə deməkdir? Bu kod ən qəribəsidir. Server deyir: "İstəyini yerinə yetirdim, hər şey uğurludur, amma sənə göstərməyə yeni bir səhifə və ya mətnim yoxdur."

Misal: Zibil qutusunu boşaltmaq düyməsini sıxırsınız. Qutu boşalır (iş uğurludur), amma ekrana yeni bir yazı çıxmasına ehtiyac yoxdur, çünki qutu artıq boşdur.

Harada istifadə olunur? Bir şeyi siləndə və ya "Bəyən" (Like) düyməsini sıxanda. Səhifə yenilənmir, sadəcə iş baş verir.

5. 206 Partial Content (Hissə-hissə məlumat)

Nə deməkdir? Server məlumatın hamısını yox, sadəcə bir hissəsini göndərdiyini bildirir.

Misal: Bir seriala baxırsınız, amma hamısını yükləməmisiniz. Server sizə ancaq baxdığınız 10 dəqiqəni göndərir ki, boşuna internetiniz getməsin

Harada istifadə olunur? YouTube videolarında, Netflix-də və ya böyük faylları "yarımçıq qaldığı yerdən davam et" funksiyası ilə yükləyəndə.